Dilçilik İnstitutunda yeni şöbə yaradılıb

Dilçilik İnstitutunda yeni şöbə yaradılıb
# 07 oktyabr 2016 11:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, Elmi Şurada Dilçilik İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqda qərar qəbul olunub. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. T. Şükürlü uzun müddət Milli Televiziya və Radio Şurası və Dilçilik İnstitutunun birgə layihəsi olan “Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” istiqamətində aparılan monitorinqləri icra edən dilçilərdən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR