Elman Mehdiyev: “Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir”

Elman Mehdiyev: “Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir”
# 26 fevral 2016 08:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl aparılır.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

O, qeyd edib ki, fondun kifayət qədər maliyyə dayanıqlığı var: “Bu yaxınlarda parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb. Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta gəlirləri hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR