"Azərspace" əmlak vergisindən azad edilə bilər

"Azərspace" əmlak vergisindən azad edilə bilər
# 16 oktyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərspace” telekommunikasiya peykinin digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi təklif edilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib.

Nazirin sözlərinə görə, dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Məhz bu səbəbdən bir çox ölkələrdə kosmik sənaye sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir. Bu addımların arasında kosmik əmlakın əmlak vergisindən azad edilməsi ilə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə qanun layihəsi ilə peykin və digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR