“Kapital Bank” bütün növ kreditlərin verilməsini davam etdirir

“Kapital Bank” bütün növ kreditlərin verilməsini davam etdirir
# 23 dekabr 2015 07:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Kapital Bank” ASC tərəfindən bütün növ kreditlərin verilməsi davam etdirilir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kreditlər üzrə illik faiz dərəcələrinə və şərtlərə heç bir dəyişiklik edilməyib.

“Ölkə üzrə yerləşən bütün filiallarımızda kreditlərin rəsmiləşdirilməsi həmişəki qaydada davam edir. Kreditlərin şərtləri barədə ətraflı məlumat almaq üçün 196 nömrəli Sorğu Mərkəzinə zəng edə və aşağıdakı keçidə daxil ola bilərsiniz http://www.kapitalbank.az/az/individual-banking/loans/”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR