Bakıda avtomobil hasara çırpılıb

Bakıda  avtomobil hasara çırpılıb
# 10 dekabr 2015 07:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb. “Hyundai” markalı, 90 ZH 772 dövlət nömrə nişanlı maşın yoldan çıxaraq hasara çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəzaya düşən avtomobilin sürücüsü qadın olub. Hadisə zamanı sürücünün azyaşlı övladı da avtomobildə olub.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR