Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb
# 12 oktyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Teymur Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Ruslan Yuraveli vurub. Xəstəxanaya yerləşdirilmiş R.Yuravel oktyabrın 10-da orada ölüb.


Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR