Bədən Tərbiyəsi və İdman Akademiyasında “Qarabağa dəstək” tədbiri keçirilib

Bədən Tərbiyəsi və İdman Akademiyasında “Qarabağa dəstək” tədbiri keçirilib
# 05 aprel 2016 11:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadion kompleksində “Qarabağa dəstək” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, ADBTİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə Akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə Azərbaycan-Ermənistan qoşunların təmas xəttində şəhid olan Azərbaycan hərbçilərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə ADBTİA-nın rektoru Fuad Hacıyev açıb. O bildirib ki, Ermənistan silahlı bölmələrinin təxribatlarına Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab verib: “Düşmənə layiqli cavab verilib. Bizim məğrur Ali Baş Komandanımız, güclü dövlətimiz, qüdrətli ordumuz var. Artıq qələbələrimiz ardıcıl olacaq”.

Rektor qeyd edib ki, son günlər cəbhədə baş verən hadisələrin fonunda Akademiyanın tələbələri mübariz əhval-ruhiyyədədir.

Daha sonra Akademiyanın müəllim və tələbələri çıxış ediblər. Bildirilib ki, I Qarabağ müharibəsində ADBTİA-nın 33 məzunu şəhid olub. Qeyd olunub ki, gənclər vətənin birliyi uğrunda səylərini birləşdirməlidir.

Tədbirdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR