Şəmkirdə 5 otaqlı evdə yanğın baş verib

Şəmkirdə 5 otaqlı evdə yanğın baş verib
# 25 sentyabr 2015 02:49 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Şəmkir rayonunda vətəndaşa məxsus ümum sahəsi 70 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının ev əşyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR