Bakı Ali Neft Məktəbi antiplagiat proqramına qoşulub

Bakı Ali Neft Məktəbi antiplagiat proqramına qoşulub
# 27 aprel 2016 09:15 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) antiplagiatlıq proqramına qoşularaq, ABŞ-ın “Turnitin” şirkətinin “Plagiatlıq faktlarının aşkarlanması İnternet servisi”ni tətbiq edir.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, bununla bağlı Ali Məktəb ABŞ-ın “Turnitin” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu İnternet servisi artıq BANM-in istifadəsindədir. Ali Məktəbdə tədris prosesində şəffaflığın təmin olunması məqsədi ilə müasir informasiya texnologiyaları tətbiq olunur və plagiatlıq etməyə cəhd göstərən tələbələrə qarşı ciddi tədbirlər görülür. Tələbələrin elmi və tədris işlərində plagiatlığa yol verməsinin tədris prosesinə, həmçinin onların gələcək fəaliyyətinə əks təsir göstərə biləcəyi izah olunur. “Plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması İnternet servisi”nin BANM-də tətbiqinin tələbələrin elmi işlərinin müstəqil və məsuliyyətli şəkildə hazırlanmasında və tədris prosesinin təkmilləşdirilməsində vacibliyi nəzərə çatdırılır.

Qeyd edək ki, ABŞ-ın “Turnitin” şirkətinin onlayn servisindən 140 ölkədə 15.000-dən artıq təhsil müəssisəsi istifadə edir. Bu sistemin BANM-də tətbiqi onun dünyanın ən qabaqcıl universitetləri sırasına daxil olması prosesinə təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR