Deputatlığa namizəd İsmayıl Ağayevin seçki qərargahı fəaliyyətə başlayıb

Deputatlığa namizəd İsmayıl Ağayevin seçki qərargahı fəaliyyətə başlayıb
# 13 oktyabr 2015 10:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 60 saylı Salyan-Netçala Seçki Dairəsindən namizədliyi qeydə alınmış İsmayıl Ağayevin seçki qərargahı bu gündən aktiv fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, təbliğat - təşviqat kampaniyasına peşəkar komanda ilə start verən qərargahda cəmiyyətdə tanınan nüfuzlu ictimai xadimlər, ziyalılar və könüllülər birləşib. Seçki qərargahının rəhbəri akademik Vəli Əliyevdir.

Filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Kadrlar Akademiyasının akademiki, şair, professor Ənvər Əhməd, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli, Qasım Məmmədov, Siyafər Vəliyev, Gülayə Tağıyeva və İsgəndər Cəfərov İsmayıl Ağayevin vəkilləridir. Seçki qərargahının mətbuat xidmətinin rəhbəri Könül Vaqifqızıdır.

Təbliğat-təşviqat kompaniyası dövründə İsmayıl Ağayevin seçicilərlə seçki dairəsinin bütün ərazisini əhatə edən müxtəlif formatlı görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, dairə ərazisində deputatlığa namizədin bir seçki qərargahı fəaliyyət göstərir. Qərargahda təbliğat-təşviqat kompaniyasının yüksək səviyyədə aparılması, həmçinin, seçicilərin səlahiyyətli şəxslərlə, vəkillərlə fərdi və qrup halında görüşmələri üçün hər cür şərait yaradılıb. Qərargah Salyan rayonunun Qarabağlı kəndində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR