Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 01 aprel 2016 16:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq aprelin 2-i səhər saatlarından Nizami rayonu Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək davam edəcək.

Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR