Sevinc Həsənova: "İran üzərindən sanksiyaların götürülməsi region ölkələri üçün səmərəlidir”

Sevinc Həsənova: "İran üzərindən sanksiyaların götürülməsi region ölkələri üçün səmərəlidir”
# 26 oktyabr 2015 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi region ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

APA-Economics”in RİA “Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

“Hesab edirəm ki, bu ümumilikdə bütün regiona müsbət təsir göstərəcək. Bu rakursda bütün region ölkələri üçün mühüm iqtisadi imkanlar yarana bilər. Biz qonşu ölkələr kimi iqtisadi münasibətlərin inkişafında maraqlı olmalıyıq”- deyə S. Həsənova bildirib.

Bununla belə o, Avropaya birgə qaz nəqlinin imkanları ilə bağlı İranın rəsmi Bakı ilə danışıqlara başlaması barədə məlumata şərh verməyib. O qeyd edib ki, belə danışıqlar Azərbaycan və İran neft-qaz şirkətləri, yaxud da Energetika Nazirliklərinin xətti ilə aparıla bilər. Eyni zamanda, nazir müavini vurğulayıb ki, hazırda sanksiyaların ləğvindən sonra “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı birgə işlər aparılır.

“Biz “Şimal-Cənub”, yəni İrandan Rusiyaya Azərbaycandan keçməklə tranzit xəttinin inkişafı ilə bağlı danışıqlar aparırıq. Xüsusilə də bizim üçün bu marşrut üzrə dəmir yolu xətlərinin bərpası çox vacibdir. Orada zəif halqa var. Biz İranla bu ölkədə çatışmayan dəmir yolu xəttinin tikintisi ilə bağlı danışıqlar aparırıq”,- deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR