Devalvasiya əhalinin kreditləşməsinə necə təsir edib? - TƏHLİL

Devalvasiya əhalinin kreditləşməsinə necə təsir edib? - <span style="color: red;">TƏHLİL
# 08 fevral 2016 08:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü il ilə müqayisədə 2015-ci ildə cəmi borcalanların sayı 9,89%, başqa sözlə, 229 184 nəfər artaraq bu ilin yanvar ayının 1-nə 2 mln. 545 min 724 nəfər təşkil edib.

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 279 nəfəri hüquqi, 2 mln. 510 min 416-sı fiziki şəxs, 24 min 029 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2015-ci ilin yanvarın 1-dən 2016-cı ilin eyni dövrünədək daha 225 190 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 504 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3520 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin noyabr ayı ilə müqayisədə dekabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 12 807, sahibkarlıq subyektlərinin sayında 167, hüquqi şəxslərin sayında isə 38 nəfərlik artım olub.

2015-ci ilin dekabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 164 026 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 182 627 və ya 2,11 dəfə azalıb. Bu sorğuların 153 916-sı banklar tərəfindən daxil olub. 10110 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında azalma var. Başqa sözlə, noyabrda 18205 nəfər kredit tarixçəsini öyrənmək istəyib, dekabrda bu göstərici 10110-a düşüb. Başqa sözlə, noyabr ayı ilə müqayisədə dekabrda fiziki şəxslərin sorğularının sayı 44,47% azalıb.

2015-ci ilin sonuncu ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 545 724, kredit məlumatlarının ümumi sayı isə 10 743 679 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 216 029-dur.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR