Müsavat funksioneri: “VHP-nin seçkilərdə iştirakına görə Müsavatı qınaması ayıbdır”

Müsavat funksioneri: “VHP-nin seçkilərdə iştirakına görə Müsavatı qınaması ayıbdır”
# 14 oktyabr 2015 08:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “VHP həmişə hakimiyyəti mədh edib. Bunu kənara qoyub, seçkilərdə iştirakına görə Müsavatı qınamaq ayıbdır”.

Bunu APA-ya açıqlmasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının ittihamlarına cavab verərkən deyib.

O, R. Manaflının mövqeyinin Müsavata qarşı qıcıqdan yarandığını qeyd edib: “Mən çox təəssüf edirəm ki, illərlə tanıdığım Rafiq Manaflı Müsavat Partiyasının əleyhinə danışıb”.

Xatırladaq ki, R. Manaflı özünün “facebook” səhifəsində Müsavat üzvlərinin parlament seçkilərində iştirakını tənqid edərək, onları “hakimiyyətin dayağı” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR