Brüsseldə xüsusi təyinatlılar əməliyyat zamanı terrorçulardan birini zərərsizləşdirilib

Brüsseldə xüsusi təyinatlılar  əməliyyat zamanı terrorçulardan birini zərərsizləşdirilib
# 15 mart 2016 20:57 (UTC +04:00)

Bakı-APA. Xüsusi təyinatlılar Brüsselin Fore kommunasında keçirilən əməliyyat zamanı bir müddət əvvəl 4 polis əməkdaşını yaralayan terrorçulardan birini zərərsizləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlı polis əməkdaşları terrorçuların mövqe qurduqları binaya hücuma keçib. Qalan terrorçuların ərazini tərk etdiyi və yaxınlıqdakı binalarda gizləndiyi ehtimal olunur. Əməliyyat davam etdirilir.

Qeyd edək ki, Brüsseldə Parisdə ötən ilin noyabrında törədilmiş silsilə terror aktları ilə bağlı cinayət işi çərçivəsində xüsusi əməliyyat keçirilir. Əməliyyat zamanı dörd polis əməkdaşı yaralanıb.

Terrorçu olduqları ehtimal olunan silahlı şəxslərin sayı barədə dəqiq məlumat verilmir.

Hadisə yerinə polis və ordunun xüsusi təyinatlı qüvvələri, həmçinin, zirehli texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR