Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

Göygöl sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır
# 22 sentyabr 2015 06:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF sentyabrın 17-də Göygöl rayonunun Qızılca kəndində işgüzar forum keçirib.

Sahibkarlardan cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR