Azərbaycan sənayesində istehsal 2%-dən çox artıb

Azərbaycan sənayesində istehsal 2%-dən çox artıb
# 16 sentyabr 2015 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənayedə istehsal olunmuş məhsulların həcmi 2,3% artaraq 17,6 mlrd. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3%-lik artım, neft sektorunda isə 0,9%-lik azalma müşahidə olunub. Sənaye məhsulunun 63,1%-i mədənçıxarma, 29,1%-i emal, 6,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə özəl sektorun payı 76,8% olub. Ümumi istehsalın 87,9%-i sənaye məhsulunun istehsalı, 12,1%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilib, bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 286,6 mln. manatlıq hazır məhsul ehtiyatları olub. Ehtiyatların 66,6%-i Bakı, 7,4%-i Sumqayıt, 4,2%-i Gəncə, 1,5%-i Şirvan, 0,3%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulub 13,7 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR