Türkiyənin tanınmış aktyoru Tarık Akan vəfat edib

Türkiyənin tanınmış aktyoru Tarık Akan vəfat edib
# 16 sentyabr 2016 08:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türk kinosunun əfsanəvi aktyoru Tarık Akan vəfat edib.

APA-nın “Hürriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, aktyor bu gün səhər saatlarında İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

66 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Əsl adı Tahsin Tarık Üregil olan aktyor 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. 1970-ci ildə “Səs” jurnalının aktyorluq müsabiqəsində iştirak edərək birinci olub. 1971-ci ildə rol aldığı “Əminə” filmi ilə aktyorluq karyerasına başlayıb. 1972 ildə oynadığı film “Günahkar” filmi ilə 1973-ci ildə ən “Qızıl Portağal” Film Festivalının “Ən yaxşı kişi oyunçu” mükafatına layiq görülüb. T. Akan “Qızıl Portağal” Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur.


Tarık Akan 12 Sentyabr 1980-ci il çevrilişinin sonra Almaniyada etdiyi çıxışa görə həbs olunub və bir neçə ay məhbəs həyatı yaşayıb. Həbsdə qaldığı günlərdən bəhs edən kitabı 2002-ci ildə dərc etdirib.

Aktyor “Hababam sinifi”, “Səninlə son dəfə”, “Yol”, “Acı dünya”, “Bizim ailə” və s filmlərdə müxtəlif dərəcəli rollar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR