Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq
# 06 oktyabr 2015 09:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.


APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Rəfael Cəbrayılov deyib ki, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir. Dəyişikliyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR