Son beş ildə xaricdə cəza çəkən 240 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Son beş ildə xaricdə cəza çəkən 240 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
# 15 mart 2016 08:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Son 5 ildə Ədliyyə Nazirliyi tərəfindən 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İranla, həmçinin ötən il Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanıb, dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır.

Məlumatda qeyd olunub ki, Novruz Bayramı ərəfəsində İranda cəza çəkən 6 nəfər azərbaycanlı məhkum ölkəmizə, 26 nəfər İran vətəndaşı isə qarşı tərəfə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR