Sumqayıtda mənzildə yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib

Sumqayıtda mənzildə yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib
# 30 dekabr 2015 03:13 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda mənzildə yanğın hadisəsi baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinə yığılmış 6 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər tüstüdən zəhərlənərək mənzildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR