Bulvarda özünü dənizə atan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Bulvarda özünü dənizə atan şəxsin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 12 mart 2016 07:21 (UTC +04:00)

Bakı - APA. Dənizkənarı Milli Parkın ərazisində martın 11-də suya düşmüş vətəndaşın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, meyit aidiyyəti üzrə təhvil verilib.

***

11 mart saat 20.56

Bakı APA. Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR