Bleyr Britaniyanı İraq müharibəsində cəlb etdiyi üçün mühakimə oluna bilər

Bleyr Britaniyanı İraq müharibəsində cəlb etdiyi üçün mühakimə oluna bilər
# 04 iyul 2016 11:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Böyük Britaniya Leybolistlər Partiyasından və Şotlandiya Milli Partiyasından olan parlamentarlar Britaniya ordusunun İraq müharibəsində iştirak etməsinə görə keçmiş baş nazir Toni Bleyrin məsuliyyətə cəlb olunmasını təklif ediblər.

APA-nın “The Guardian”a istinadən verdiyi məlumata görə, parlamentarlar bununla bağlı məhkəmə prosesinə təşəbbüs göstəriblər.

Toni Bleyr ABŞ və müttəfiqlərlə birlikdə 2003-cü ildə İraqa hərbi müdaxilədə Böyük Britaniyanın və Toni Bleyrin rolu ilə bağlı istintaqın hesabatına əsasən ittiham olunacaq.

Şotlandiyanın sabiq baş naziri Aleks Salmond bildirib ki, İraq müharibəsində 179 britaniyalı əsgər həlak olub. O hesab edir ki, T. Bleyr Britaniyanı dəhşətli nəticələri olan qanunsuz müharibəyə cəlb etdiyi üçün cəzalandırılmalıdır.

Xatırladaq ki, İraqda hərbi əməliyyatlar 2003-cü il martın 20-də başlayıb və 2011-ci ilə kimi davam edib. Müharibə zamanı 116 min dinc iraqlı və Qərb ölkələrindən ibarət koalisiyanın 4800 hərbi qulluqçusu həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR