Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacağını açıqlayıb

Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacağını açıqlayıb
# 18 sentyabr 2015 08:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.

Bu barədə APA-ya S. Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR