Martda "Azəriqaz" "ASAN xidmət" vasitəsilə 8 mindən artıq abunəçisinə xidmət göstərib

Martda "Azəriqaz" "ASAN xidmət" vasitəsilə 8 mindən artıq abunəçisinə xidmət göstərib
# 06 aprel 2016 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin abunəçiləri tərəfindən Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 8 421 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə qurum bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR