Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 23 dekabr 2015 09:59 (UTC +04:00)

Gəncə. Azər Məmədli - APA. Gəncə şəhərində zəhərlənmə hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Tamella Məmmədova dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR