ABŞ-ın Arizona ştatında universitetdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Arizona ştatında universitetdə atışma olub, ölən və yaralananlar var
# 09 oktyabr 2015 15:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Arizona ştatının Flaqstaf şəhərində yerləşən universitetdə atışma baş verib.

APA-nın “ABC news”a istinadən verdiyi xəbərə görə, atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Cinayəti törədən şəxs saxlanılıb.

Silahlı şəxsin tələbə birliklərinin yerləşdiyi korpus yaxınlığında atəş açdığı bildirilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, oxşar insident oktyabrın 1-də Oreqon ştatının Ampkua kollecində də baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR