Azərbaycan Silahlı Qüvvələri üçün müddətli hərbi xidmət qulluqçularının xüsusi hərbi ixtisaslar üzrə hazırlanması qaydası müəyyənləşib

Azərbaycan Silahlı Qüvvələri üçün müddətli hərbi xidmət qulluqçularının xüsusi hərbi ixtisaslar üzrə hazırlanması qaydası müəyyənləşib
# 21 oktyabr 2015 23:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nı təsdiq edib.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tələb olunan ixtisaslı mütəxəssislərlə təmin edilməsi məqsədi ilə aparılır.

APA-nın məlumatına görə, xüsusi hərbi ixtisaslar Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslardır.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tələb olunan ixtisaslı mütəxəssislərlə təmin edilməsi məqsədi ilə aparılır. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar və növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar səlb edilirlər. Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən vətəndaşlar müdavim adlanır. Hazırlanmış xüsusi hərbi ixtisaslı mütəxəssislərin aidiyyəti xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. Hər il sentyabrın 1-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti xüsusi hərbi ixtisasların siyahısını və həmin ixtisaslar üzrə vətəndaşların hazırlanması üzrə sifarişləri Nazirlər Kabinetinə təqdim edir. İl ərzində xüsusi hərbi ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların sayı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar və növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar səlb edilirlər.

Təhsil Nazirliyinin, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin təhsil müəssisələrində və Naxçıvan texniki-peşə və sürücülük məktəbində hazırlanmalı olan vətəndaşların say bölgüsü Azərbaycan Silahlı Qüvvələri ilə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr ilə bu qurumlar arasında bağlanılmış müqavilələrə əsasən tənzimlənir. Sifarişçi tərəfindən müqavilələr bağlanılarkən təhsil müəssisələrinin komplektləşdirilməsi üçün Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcud resursların nəzərə alınması məqsədi ilə müvafiq qurumlar üzrə hazırlanmalı olan vətəndaşların sayı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılır. Təhsil müəssisələrində yeni ixtisas üzrə hazırlığın təşkil edilməsi (hazırlığın dayandırılması), eləcə də siyahıda adları olmayan təhsil müəssisələrinin hazırlığa cəlb edilməsi üçün bu təhsil müəssisələrinin tabe olduqları qurumlar tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verilir. Bu zaman təhsil müəssisələrinin maddi-tədris bazasının müvafiq xüsusi hərbi ixtisas üzrə hazırlığın keçirilməsinə uyğunluğunun yoxlanılması məqsədi ilə Xidmətdə komissiya yaradılır və komissiyanın qeyd olunan təhsil müəssisələrinin xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsinə uyğunluğu barədə yekun rəyi Nazirlər Kabinetinə təqdim edilir. Komissiyanın tərkibinə xüsusi hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına dair sifariş vermiş Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin və xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən müvafiq qurumların nümayəndələri cəlb edilirlər.

“B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə tədris qrupları Baş Dövlət Yol Polisi İdarəsinin Rayonlararası Qeydiyyat İmtahan şöbələrində qeydiyyatdan keçirilir. Üzrlü səbəb (xəstələnməsi, yaxın qohumunun vəfat etməsi) olmadan xüsusi hərbi ixtisaslar üzrə mütəxəssis hazırlığının 20 faizində iştirak etməyən, dərsdə müvəffəqiyyətsizliyə, intizamsızlığa (müəssisə rəhbərinin yazılı məlumatı əsasında) və digər səbəblərə (sağlamlıq və ailə vəziyyətinə görə çağırışdan möhlət hüququnun yaranması) görə müdavimlərin təhsil müəssisəsindən (hazırlıq kursundan) xaric edilmələri təhsil müəssisəsini komplektləşdirən Xidmətin yerli idarə, şöbə və bölmə rəisinin əmri ilə icra edilir və əmrdən çıxarış təhsil müəssisəsinə göndərilir. Müddətli həqiqi hərbi xidmət keçməyin tələblərinə cavab verməyən vətəndaşlar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa göndərilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR