Pakistan Milli Bankının Bakı filialı I rübü mənfəətlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı I rübü mənfəətlə başa vurub
# 27 aprel 2016 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Pakistan Milli Bankı” Bakı filialı aktivlərinin həcmi 2016-cı ilin I rübündə 11,173 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,43% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1,64% azalaraq 1,778 mln. manat olub.

2016-cı ilin aprel ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 75,111 min manat təşkil edib. Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 1,277 mln. manata çatıb. Başqa sözlə, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 58,1%-ə yüksəlib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 24,16% artaraq 463,22 min manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 217,57 min manata bərabər olub ki, bu da illik müqayisədə 3,03 dəfə çoxdur.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 16,98% artaraq 758,43 min manata yüksəlib.

Bir il ərzində bankın məcmu kapitalı 3,67% artaraq 10,373 mln. manat olub, nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 20,36% azalaraq 121,71 min manat, xərcləri isə 37,16% artaraq 202,03 min manat təşkil edib.

Cari ilin uç ayı ərzində bank 97,37 min manat mənfəət əldə edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 192 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR