İran vətəndaşı Bakıda kafedə ölüb

İran vətəndaşı Bakıda kafedə ölüb
# 01 iyun 2016 12:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kafedə ölüm hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Orucəliyev küçəsində yerləşən kafedə qeydə alınıb. İran İslam Respublikasının vətəndaşı, 1948-ci il təvəllüdlü Abdullah Alı oğlu Alkopur qəfildən dünyasını dəyişib.

İlkin ehtimala görə A. Alkapur ürək tutmasından ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR