AFFA “Zirə”nin baş məşqçisini 1000 manat cərimələyib

AFFA “Zirə”nin baş məşqçisini 1000 manat cərimələyib
# 30 oktyabr 2015 09:56 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının X turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub.

“Zirə”nin “Kəpəz”lə matçda meydandan qovulan futbolçularının cəzası fərqli olub. Sadiq Quliyev birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəzalanıb və klubunu 2000 manat xərcə salıb. İkinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Aleksandr Şemonayev 1 matçlıq cəza və 200 manat cərimə alıb. Oyunun 14-cü dəqiqəsində texniki zona qaydaların pozduğuna görə tribunaya göndərilən “Zirə”nin klubunun baş məşqçisi Adil Şükürov sabahkı turun matçında cəzalı olacaq. O, klubunu 1000 manat cəriməyə məruz qoyub.

“İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 1000 manat ödəməlidi. “Ağ-qaralar” ounun 36-cı dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün daha 1000 manat ziyana düşüb.

“Qəbələ” ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan AZAL 1000 manat cərimə olunub. “Sumqayıt”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” da 1000 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR