Biləsuvarda maskalı şəxslər məcburi köçkünün evinə basqın ediblər

Biləsuvarda maskalı şəxslər məcburi köçkünün evinə basqın ediblər
# 07 iyul 2016 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Biləsuvarda yaşayış evinə basqın olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb. Cəbrayıl rayon sakini, 1949-cu il təvəllüdlü Zeynəb Haqverdiyevanın yaşadığı 9 saylı evə girən maskalı şəxslər, onu və oğlu 1976-cı il təvəllüdlü Namiqi döyərək pul vermələrini tələb ediblər. Səs-küy yarandığından istədiklərinə nail ola bilməyən şəxslər evi tərk ediblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlərdən biri, Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü İslam Həmid oğlu Cəfərzadə tutulub.

Hadisə ilə bağlı tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR