Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub

 Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçı xilas olunub
# 08 oktyabr 2015 10:12 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşib.

Dərhal FHN-in dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:37-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR