Qubada vətəndaşa məxsus tikilidə 9 ədəd kompüter və masa yanıb

Qubada vətəndaşa məxsus tikilidə 9 ədəd kompüter və masa yanıb
# 21 mart 2016 05:55 (UTC +04:00)

Bakı-APA Quba rayonu, İqrığ kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tikilinin yanar konstruksiyaları, içərisində olan 9 ədəd kompüter və 9 ədəd masa yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikiliyə bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR