ABŞ-da universitetdə silahlı insident baş verib, ölən və yaralanan var

ABŞ-da universitetdə silahlı insident baş verib, ölən və yaralanan var
# 09 oktyabr 2015 23:30 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Xyuston şəhərində (Texas ştatı) universitetdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxsin tələbə yataqxanasının həyətində açdığı atəş nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəbi və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl, ABŞ-ın Arizona ştatının Flaqstaf şəhərində yerləşən universitetdə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR