AVRO-2016-nın seçmə mərhələsi: Norveç - Macarıstan - 0:1

AVRO-2016-nın seçmə mərhələsi: Norveç - Macarıstan - 0:1
# 12 noyabr 2015 23:32 (UTC +04:00)

Bakı-APA. AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bir qarşılaşma baş tutub.

Günün yeganə matçı Norveçdə keçirilib. Qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan skandinaviyalılar Macarıstanla oynayıb.

Səfərdə oynamasına baxmayaraq minimal hesablı qələbə qazanan Macarıstan yığması Fransaya gedən yolda böyük bir addım atıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 16-da keçiriləcək.

AVRO-2016-nın seçmə mərhələsi, pley-off

İlk oyunlar

12 noyabr

Norveç - Macarıstan - 0:1

Qol: Klaynhaysler, 26

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR