Şəmkir sakini dəm qazından zəhərlənib

Şəmkir sakini dəm qazından zəhərlənib
# 03 fevral 2016 19:36 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayon sakini dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Barlıbağ kənd sakin, 1990-cı il təvəllüdlü Fərqanə Əliyeva dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə F. Əliyeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR