Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub

Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub
# 15 oktyabr 2015 08:59 (UTC +04:00)

Bakı - APA. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.

Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda dünyaya gələn M. Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu olub, namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək elmi fəaliyyətini davam etdirib. M. Ömərov 2009-cu ildən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışır. Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinə rəhbərlik edən M. Ömərov diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR