Tokio yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib

Tokio yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib
# 23 sentyabr 2016 02:37 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın paytaxtı Tokio yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yaponiyanın Baş Meteoroloji İdarəsinin məlumatına görə, Sakit okeanda baş verən zəlzələ Rixter şkalası ilə 6,5 bal gücündə olub. Yeraltı təkanların episentri okeanda, yer səthindən 10 km dərinlikdə qeydə alınıb. Yaponiyanın 7-ballıq şkalası ilə təkanların gücü 1 bal təşkil edib. Təkanlar ölkənin 9 prefekturasında hiss olunub.

Dağınrılar və insan tələfatı barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR