Kiyevdə “İnter” telekanalının binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Kiyevdə “İnter” telekanalının binasında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 04 sentyabr 2016 18:30 (UTC +04:00)

Bakı-APA. Ukraynanın paytaxtı Kiyevdə “İnter” telekanalının binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verib.

Hadisə nəticəsində zərərçəkən olmayıb. İnsidentlə əlaqədar 6 nəfər saxlanılıb. Məlumata görə, yanğının söndürülməsinə 52 nəfər canlı qüvvə və 15 ədəd texnika cəlb edilib.

***

19:39

Bakı-APA. Kiyevdə “İnter” telekanalının ofislərindən birinin yerləşdiyi bina yanır.

APA-nın “LİQA.net” nəşrinə istinadən verdiyi məlumata görə, Şusev küçəsində yerləşən binada yanğının söndürülməsinə 7 yanğınsöndürən maşın cəlb edilib.

Ukrayna polisinin yaydığı məlumata görə, yerli vaxta saat 16.30 radələrində binada yanğın baş verib. Araşdırma zamanı məlum olub ki, 20-ə qədər insan “İnter” telekanalının Şusev küçəsindəki ofisinin qarşısına gəlib, turist çadırı qurub və təkərlər gətiriblər. Təkərlər yandırılaraq binaya atılıb. Polis olayda iştirak edən bir neçə nəfəri saxlayıb.

“İnter” telekanalının baş ofisi Kiyevin Dmitriyevsk küçəsində yerləşir. Hazırda yayımını davam etdirən “İnter” telekanalında telekanalın informasiya proqramının hazırlandığı ofisin yandırıldığı barədə “qaçan sətrlər”lə xəbər yayılıb. Qeyd edilib ki, televiziya studiyası məhz olub, yanğın davam edir. Binanın damında telekanalın işçiləri var, onlar evakuasiya edilmələrini gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR