Maşallah Əhmədovun məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Maşallah Əhmədovun məhkəməsinin vaxtı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2016 11:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək proses oktyabrın 11-nə təyin edilib.

***

09:39

Bakı. Şəhriyar Əlizadə - APA. Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi icraata verilib.

APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlayacaq.

M. Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə sonradan onu ev dustaqlığı ilə əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR