ƏƏSMN və BMT-nin İnkişaf Proqramı Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində yeni layihə imzalayıb

ƏƏSMN və BMT-nin İnkişaf Proqramı Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində yeni layihə imzalayıb
# 28 aprel 2016 12:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai ümumi büdcəsi 189 000 ABŞ dolları olan “Sahibkarlıq və Məşğulluq üzrə İqtisadi Səlahiyyətlərin Genişləndirilməsi” üzrə layihə sənədini imzalayıblar.

BMT-nin İnkişaf Proqramının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, layihə Azərbaycanda işsizlik səviyyəsinin azaldılmasına, eləcə də kiçik və orta sahibkarlığa dəstək verə biləcək texnologiyaların inkişaf etdirilməsinə yönələcək.

Layihə BMTİP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə birgə həyata keçirilir.

Layihədə istifadə olunacaq “SYSLAB” (İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası) konsepti özündə müasir iş axtarma üsulları, sahibkarlıq, sistemli biznes, üz-üzə müsahibə qabiliyyəti, şəbəkələşmə və ofis bacarıqları kimi metodları cəmləşdirir. Layihə SYSLAB metodologiyasının Gəncə və Masallı şəhərlərindəki Peşə Təhsili Mərkəzlərində tətbiqini dəstəkləyəcək.

Ümumilikdə, 400-dən çox insan layihədən yararlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR