Gəncə sakini spirtli içkidən zəhərlənərək ölüb

Gəncə sakini spirtli içkidən zəhərlənərək ölüb
# 01 aprel 2016 08:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ölüm hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov dünyasını dəyişib. Onun meyitini müayinə edən zaman V. Məsimovun həddindən artıq spirtli içki qəbul etməsi nəticəsində zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR