AMEA iki institutun birləşdirilməsinin səbəblərini açıqlayıb

AMEA iki institutun birləşdirilməsinin səbəblərini açıqlayıb
# 05 fevral 2016 08:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi məqsədə uyğun addımdır”. Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun funksiyaları eyni olub: “Həm də Eroziya və Suvarma İnstitutu kiçik bir elmi-tədqiqat qurumu idi. Eyni zamanda, bu iki institutun funksiyaları üst-üstə düşürdü”.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti bu iki institutun birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR