“Gəncə Nəqliyyat”  və Sumqayıt Nəqliyyat” MMC-lər yaradılıb

“Gəncə Nəqliyyat”  və Sumqayıt Nəqliyyat” MMC-lər yaradılıb
# 02 oktyabr 2016 02:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar verib.

APA-nın məlumatına görə, hər iki qurumun ştat sayı 20 vahid müəyyən edilib.

Maliyyə Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR