Kürdəmirdə toyda bıçaqlanma hadisəsi baş verib

Kürdəmirdə toyda bıçaqlanma hadisəsi baş verib
# 13 oktyabr 2015 11:43 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən axsam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb.

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu aralarında baş vermiş münaqişə zəmində həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR