Tiflisdə BMT-nin 70 illik yubileyi qeyd olunub - FOTO

Tiflisdə BMT-nin 70 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 20 noyabr 2015 20:01 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə BMT-nin və Gürcüstan hökumətinin rəsmiləri, qanunverici orqan və diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edərək Gürcüstanda həyata keçirilən islahatlara dəstəkdə BMT-nin rolunun vacibliyini qeyd edib və ölkənin ilk dəfə olaraq İnsan Haqları üzrə BMT-nin Şurasına üzv seçildiyi üçün məmnunluğunu ifadə edib.

"BMT dünyada beynəlxalq əməkdaşlığın simvoludur və qlobal sülh daşıyıcısıdır. Təəssüf ki, keçən həftə Parisdə, Beyrutda və Misirdə baş verən vəhşi terror aktları dünyanı narahat edir," deyə Qaribaşvili bildirib.

Tədbirdə BMT-nin Gürcüstandakı daim əlaqələndiricisi Nils Skot çıxış edib. "Birləşmiş Millətlər Təşkilatı davamlı iqtisadi inkişafı, insan haqları, demokratik dəyərlərin aliliyinin gücləndirilməsi üçün Gürcüstan hökumətini dəstəkləməkdə davam edəcək", - Nils Skot bildirib.

Tədbir çərçivəsində İrakli Qaribaşvili və Nils Skot 2016-2020-ci illər üçün "Tərəfdaşlıq və Davamlı İnkişaf Planı" imzalayıblar. İ. Qaribaşvili ümidvar olduğunu bildirib ki, imzalanan sənəd BMT-nin regionda və dünyada rolunu yüksəldəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR