Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

Azərbaycanda quraşdırılan bankomatların sayı artıb
# 08 fevral 2016 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2016-cı il yanvarın 1-ə 2 694 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, noyabr ayı ilə müqayisədə 1 ədəd və ya 0,04% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 86 ədəd və ya 3,3% çoxdur.

Cari ilin yanvarın 1-ə bankomatların 1 502-si (keçən ilə nəzərən 2,1% artımla) Bakı şəhərində, 1 192-si (keçən ilə nəzərən 4,8% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR