Ağsuda 57 yaşlı kişi özünü asıb

Ağsuda 57 yaşlı kişi özünü asıb
# 15 mart 2016 08:27 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini 1959-cu il təvəllüdlü Əsgərov Xıdır Əhmədalı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

İki övladı olan Xıdır Əsgərovun intihar etməmişdən öncə yazdığı məktubu tapılıb. O, heç kimə pul borcu olmadığını, heç kimlə şəxsi ədavəti olmadığını və ölümünə görə heç kimin səbəbkar görmədiyini yazıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR