Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib

Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib
# 04 noyabr 2015 07:23 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri təyin edilib.

APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib və o, Avropa Şurasının Avropa Konservatorlar Partiyasının sədri vəzifəsindən geri çağırılıb. Beləliklə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 25-dək Avropa Şurasının ən mühüm qurumlarında – prezident komitəsində, büro iclaslarında Avropa Şurasını təmsil edəcək və 5 partiyanın sədrləri ilə birgə Avropa Şurası siyasətini formalaşdıranlardan biri olacaq.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi bürosunda siyasi partiyaların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR